21 Noyabr 2018 10:10
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dolu” filminin məşhur aktyoru, “Drakon” ləqəbi ilə tanınan Rza Rzayev qalmaqal yaşadığı məktəb direktoru Tural Mirzəliyevi döyüb.

Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında məhkəmə iclasından sonra tərəflər arasında baş verib.

Rıza Rzayev direktoru döyərək ona ağır bədən xəsarətləri yetirib. Tural Mirzəliyev 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.

Təhsil eksperti Kamran Əsədov hadisə ilə bağlı Teleqraf.com- a bildirib ki, sosial şəbəkələrdə və mətbuatda 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev və tanınmış aktyor Rza Rzayev arasında insident bütün hallarda pislənməlidir: “Onlar arasında münasibət bir ilə yaxındır gərgin idi. Səbəb məlum idi. Amma aidiyyəti üzrə əməli addım atmalı olan Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi sadəcə izləyici mövqe tutdu. Bu müddət ərzində təhsil idarəçiləri bu iki şəxsi ağsaqqaları dəvət etməklə görüşdürüb problemi həll etməli idilər. Problem gizli də deyildi. Hər iki ziyalı biri-birinə sosial şəbəkə və mətbuat vasitəsi ilə açıq müharibə elan etmişdi və bu onların biri-birinə fiziki zorakılıq edəcəyini göstərirdi. Sadəcə kim dözümsüzlük nümayiş etdirsə ilk hücuma o keçəcəkdi. Hər iki tərəfin haqlı arqumentləri var idi.

Tural müəllim orta məktəblərə rəhbərlik etmiş, islahatçı bir ziyalıdır, Rza Rzayev də xalqını, millətini sevən, bütün imkanlarını sənət yolunda səfərbər edən, mərd şəxsdir. Düşünürəm, bu ifadələr çox məsələdən xəbər verir. Məhz bizim məktəblilər üçün Rza Rzayev müasir dövrün kişi qəhramanı olaraq nümunə gətirməli idi.

Bu təkcə Tural bəyə, Rza bəyə vurulan zərbə deyil. Bu, ölkə məktəbinə, ölkə sənətinə vurulan zərbədir. İndi Tual bəy məktəbə necə daxil olub ona rəhbərik edəcək? Belə çıxır ki, kimin istədiyi olmasa, gəlib Tural bəyi döyüb istədiyini edə bilər? Və ya Rza bəy kimi haqqı tapdanan, hüququ qorunmayan ancaq zor tətbiq etməklə hüququnu qoruya bilər? Bunlar yaxşı nümunə deyil…”

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı bildirib ki, Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin hücuma məruz qalması cinayət hadisəsidir: “Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalıb, onun sağlamlığına ciddi xəsarət yetirilib. Hazırda xəstəxanada yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir.
Cinayətin araşdırılması ilə hüquq-mühafizə orqanları məşğuldur. Baş verən hadisəni qınayırıq".

Qeyd edək ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi.


Müəllif: Aytən

Oxşar xəbərlər