21 Noyabr 2018 12:06
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadın naməlum kişinin hücumuna məruz qalıb.

Həmin şəxs qadını döyüb və daha sonra çantasında olan pulunu əlindən alıb.

Qadın baş verən quldurluq hadisəsi ilə bağlı 33-cü polis bölməsinə şikayət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Afət Məmmədov saxlanılıb.

İstintaq müəyyən edib ki, Afət Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər