Bakının Sabunçu rayonunda oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, noyabrın 22-nə keçən gecə rayon ərazisindəki evlərin birindən 4000 ABŞ dolları və 1300 türk lirəsi oğurlanıb.
14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Əfsanə Məmmədova saxlanılıb.