ABŞ-ın Menlo-Park şəhərində (Kaliforniya ştatı) "Facebook" şirkətinin kampusu ərazisində yerləşən binalardan biri təxliyə edilib.
Teleqraf.com-un məlumatına görə, binanın təxliyə edilməsinə səbəb binada partlayıcı qurğunun olması barədə daxil olan məlumat olub.
Hazırda hadisə yerində polis və partlayıcı qurğuların tapılması və zərərsizləşdirilməsi üzrə bölmə əməkdaşları işləyir.