Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində bir neçə gənc arasında mübahisə yaranıb.
Gənclərin mübahisəsi sonradan davaya çevrilib.
Dava zamanı Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Ülvi Səfərli bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma başlanıb.
İlkin məlumata görə, gənclər arasında mübahisə qız üstündə yaranıb.
Faktla bağlı cinayət işi başlanıb.