15 Yanvar 2019 23:58
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külək qurumuş ağacı aşırıb.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində baş verib.

Aşan qovaq ağacı yolun kənarında park edilmiş "Hyundai" markalı avtomobilə ziyan vurub. Sakinlərin sözlərinə görə, xoşbəxtlikdən həmin vaxt ərazidə adam olmayıb.

Yola aşan ağac hərəkəti bağlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, aşan ağacın ərazidən götürülməsi üçün tədbir görüləcək.


Müəllif: Teleqraf.com