Meksikada boru kəmərində baş verən partlayış nəticəsində yaralananlardan daha biri xəstəxanada dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bununla da ölənlərin sayı 125-ə çatıb.
Ölənlərdən 68-i dərhal hadisə yerində, digərləri isə xəstəxanalarda keçinib.
Xatırladaq ki, yanvarın 18-də İdalqo ştatının Tlauelilpan rayonunda qanunsuz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində partlayış baş verib.