1 Fevral 2019 11:20
2 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Məhkəməsində hakim İslam Həsənovun sədrliyi ilə baş tutan qapalı prosesdə qərar elan edilib.

Qərara görə, istintaq orqanını təqdimatı təmin olunub.

İslam Həsənovun barəsində həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 31-də İslam Həsənovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İttihama görə, ötən il oktyabrın 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsində Müsəddiq Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.

Cinayəti törədən Müsəddiq Əliyev hadisədən sonra polisə gələrək təslim olub. O, ifadəsində arvadını xəyanət üstündə qətlə yetirdiyini etiraf edib.

İstintaq orqanı tərəfindən Müsəddiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Qaradağ rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər