Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, fevralın 3-də Binəqədi qəsəbəsi ərazisindəki mağazaların birindən 120 manat dəyərində laqunda diskləri oğurlanıb.
6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş İ.Abdullayev saxlanılıb.