9 Fevral 2019 13:11
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Tülü kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Eltun Hacıyev idarə etdiyi “UAZ-3303” markalı avtomobili yolun kənarındakı telefon dirəyinə vuraraq aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan qardaşı Məftun xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Balakən rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər