14 Fevral 2019 13:06
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qaravəlli kənd sakini S.Alqayevin idarə etdiyi “Toyota” markalı və Türkiyə vətəndaşı B.Saminin idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub.

Nəticədə S.Alqayev hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov