14 Fevral 2019 13:49
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobus qəzaya düşüb.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, “Toyota” markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib.

“Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq”.


Müəllif: Aytən