Bərdə rayonunda zavoddan oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, fevralın 11-də Bərdə rayon polis şöbəsinə rayon ərazisində yerləşən pambıq zavoduna məxsus anbardan oğurluq olması barədə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində pambıq zavoduna məxsus anbardan 1559 manat dəyərində olan 6250 kiloqram çiyid bitkisini oğurlayan şəxslər saxlanılıb.
Araşdırmalarla onların Bərdə rayon sakinləri Eldəniz Hüseynov, Elnur Atakişiyev, Anar Atakişiyev, Ruslan Ələsgərov, İntiqam Bayramov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.