Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Bakı şəhər sakini A.Əmirovanın çantasından 300 manat oğurlanıb.
19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini S.Quliyeva saxlanılıb.
O, əvvəllər oğurluq, qanunsuz olaraq narkotik vasitə istifadə etdiyinə və saxladığına görə, o cümlədən rəsmi sənədləri, ştampları, möhürləri oğurladığına görə məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.