15 Mart 15:22
205

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hunday" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb. Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfərovdur. Digər ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/


Müəllif: Teleqraf.com