15 Mart 2019 15:40
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini Rafiq Tağıyev saxlanılıb.

Araşdırma zamanı onun Xətai rayonu ərazisində 4 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonlarından pul, telefon və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Rafiq Tağıyevin ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın Nərimanov rayonunda da 10 avtomobildən oğurluq etdiyi müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və R.Tağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov