Bayram günlərində tonqala düşərək yanıq xəsarətləri alan şəxslərin sayı əvvəlki illərlə müqayisədə az olub.
Bu barədə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.
O bildirib ki, çərşənbə axşamı və bayram günündə tonqala düşərək xəsarət alan 2 nəfər müraciət edib.
“Onlar 8-10 yaşlarında oğlan uşaqlarıdır. Yüngül yanıq xəsarətləri almışdılar. Ambulator müalicə alıb, evə yola salınıblar”./Azvision.az/