24 Mart 2019 12:41
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda sərnişin qatarı ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Araz Dilağarda kəndində baş verib.

Qəza nəticəsində avtomobilin sürücüsü - 1949-cu il təvəllüdlü Həsənov Barat Cəbrayıl oğlu hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Daha əvvəl Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Müəllif: Teleqraf.com