26 Mart 2019 11:26
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı xəsarət alıb.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə nəticəsində yanğınsöndürmə briqadasının bir əməkdaşı sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb edilib.

Yanğın davam edir.


Müəllif: Teleqraf.com