Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb.
Ondan narkotik vasitə olan heroin götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.