3 Aprel 2019 10:23
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Mədəniyyət Nazirliyinə məxsus Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqidədə yanğın yerinə çatıb.

Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 kv.m olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 kv.m sahədə, digər otağın və dəhlizin tavanı 20 kv.m sahədə yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb.

Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər