Bu gün axşam saatlarında Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində ata oğluna xəsarət yetirib.
Kənd sakini Sakit Kazımov mübahisə zəminində bel ilə 1991-ci il təvəllüdlü oğlu Zahid Kazımovun baş nahiyəsinə zərbə endirib.
Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.