14 Aprel 2019 00:25
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda yeddi ay əvvəl əməliyyat zamanı xəstənin bədənində unudulan yad cisim çıxarılıb.

Bərdə rayon sakini Aygün Əsədli qarın nahiyəsindəki küt ağrılar səbəbindən bu gün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Müayinə zamanı məlum olub ki, qadının qarın boşluğunda tənzif parçası qalıb. Qadın əməliyyat olunaraq tənzif parçası çıxarılıb. 25 yaşlı qadın palataya yerləşdirilib. Müalicə və müayinə işləri davam etdirilir.

Qadının bədənində yad cisim Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum evində qeysəriyyə əməliyyatı edilən zaman unudulub qalmışdı.


Müəllif: Mənbə/Report