Nizami rayonunda 79 yaşlı kişi meyiti tapılıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Əliyev Əkrəm Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.