Neftçala rayonunda piyadanı maşın vuraraq öldürüb.
Hadisə Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında baş verib.
Rayonun Həsənabad kənd sakini, 1992-ci il Babayev Novruz Çingiz oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.
N.Babayevin FHN-in əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır (Report).