10 May 2019 07:25
2 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bingöl əyalətində çay kənarında zarafatlaşan gənc qızlar sel sularında qərq olublar.

Teleqraf.com xəbər verir ki, Elif Yılmaz və Hatun Barca gursulu çayın kənarında zarafatlaşarkən suya yıxılıblar və güclü axın onları ağuşuna alaraq uzaqlara aparıb.

Rəfiqələri onları qurtarmaq üçün polisə zəng ediblər. Hadisə yerinə gələn xilasedicilər gənclərin cansız bədənlərini çaydan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Nakam gənclərin ölümlərinə səbəb olan görüntüləri təqdim edirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər