17 May 2019 10:55
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yetikinlik yaşına çatmayan qızla cinsi əlaqədə ittiham olunan Mahir Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 27-nə təyin olunub.

Qeyd edək ki, Mahir Babayev Xətai rayon ərazisində yetkinlik yaşına çatmayan Samirə Səmədova ilə (ad və soyad şərti verilib - red.) cinsi əlaqədə olub.

Zərərçəkmişin şikayəti əsasında Mahir Babayev həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Babayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər