18 May 2019 20:11
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerə hücum edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasında bodibildinq üzrə keçirilən "Arnold Klassik" yarışında baş verib.

Belə ki, naməlum şəxs qaçaraq tullanıb və ayaqları ilə aktyorun kürəyinə zərbə endirib. Şvarsenegger aldığı zərbədən yıxılıb.

Hücum edən şəxs mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılıb.

Aktyor hadisə zamanı xəsarət almayıb. O, bir neçə dəqiqədən sonra öz yerinə qayıdıb və seyrçilərlə ünsiyyətini davam ertdirib.

Daha əvvəl Rusiyalı qrossmeyster Sergey Karyakin aktyor Arnold Şvarseneggerə çempionatda istifadə ediləcək analoji şahmat dəstini hədiyyə edib.


Müəllif: Teleqraf.com