25 May 2019 23:43
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Dağıstan Respublikasında zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, nəticədə Buynaksk şəhərində beş məktəb, uşaq bağçası və gimnaziyanın yerləşdiyi binalara ziyan dəyib.

Şəhər ətrafında yerləşən qəsəbələrin birində 20 fərdi ev ziyan görüb.

Yerli sakinlər sosial şəbəkələrdə zəlzələdən sonra evlərinin düşdüyü vəziyyəti əks etdirən videolar paylaşıblar.

Qeyd edək ki, Buynakskda mayın 24 və 25-də baş vermiş zəlzələ nəticəsində tələfat yoxdur.


Müəllif: Teleqraf.com