29 May 2019 12:10
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qadın şantaj olunub.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinə müraciət edən Ağdam rayon sakini olan qadın 2 nəfərin ona hədə-qorxu gəlib, 25.000 manat pul tələb etdiyini bildirib.

Əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıblar.

Araşdırmalarla onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər