2 İyun 2019 11:39
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Bakıda dənizdən meyit tapılıb.

Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Qeyd edək ki, dünən FHN əməkdaşları tərəfindən bulvar ərazisində dənizdə boğulan oğlanın da meyiti sudan çıxarılıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər