Bu gün saat 15:25-də metronun “İçərişəhər” stansiyasında qatarın əyləc sistemində nasazlıq yaranıb.Yaranan problemə görə, sərnişinlər dərhal qatardan təxliyyə edilib. Qatar isə depoya göndərilib.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Oxu.Az-a verdiyi məlumata görə, qatarın əyləc sistemində yaranan nasazlıq səbəbi ilə platformaya xüsusi yanıq qoxusu yayılıb. Bu da sərnişinlər tərəfindən tüstülənmə kimi başa düşülüb. Təxliyyə edilən sərnişinlər başqa qatarla yola salınıblar.