Türkiyənin İnəgöl rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, ailəsi ilə istirahətə gedən qadını ildırım vurub.
Xəbərə görə, ailə çöldə istirahət edərkən qəfildən yağış başlayıb. Bu zaman 30 yaşlı Utku U. yağışdan qorunmaq üçün ağacın altına sığınıb. Elə bu vaxt onun üzərinə ildırım düşüb. Ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib.