İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.
Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı polis bölməsinə təhvil verilib.
Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.