Bakıda Türkiyə vətəndaşı dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 241, mənzil 65-də baş verib.
Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Kılıç Selim mayın 25-də Bakıya gələrək mənzil kirayələyib. "Lokal Pizza" kafesində pizza ustası işləyən Kılıç Selim iyunun 15-də həmin mənzildə qəfildən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.