20 İyun 2019 00:15
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə güclü yağışlar və sel nəticəsində 8 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, təbii fəlakət nəticəsində Trabzon vilayətində 4 nəfər ölüb, 6 nəfər də itkin düşüb. Hazırda ərazidə itkin düşmüş şəxslərin axtarışı davam edir.

Qeyd edək ki, ötən gün Ağrı vilayətinin Diyadin rayonunda çay daşqını nəticəsində eyni ailədən 3 nəfər ölüb. Həmin ərazidə 19 yaşlı oğlan isə ildırım vurması nəticəsində dünyasını dəyişib.


Müəllif: Teleqraf.com