20 İyun 2019 12:55
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsindəki evlərin birindən 12000 manat oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini N.Cəfərli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov