30 İyun 2019 17:14
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində yağan yağış Bakı-Şamaxı-Yevlax avtomobil yolunda problemlər yaradıb.

Yolun Acıdərə qəsəbəsi ərazisindən keçən hissəsində güclü leysan sel yaradıb və yolun tikilməkdə olan hissəsini sel yuyub. Nəticədə yolun hərəkət hissəsində avtomobilləri hərəkətində problem yaranıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları cəlb edilib və yolda avtomobillərin hərəkəti bərpa olunub.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər