Beşbarmaq dağlarına yerə düşən dron kiçik yanğına səbəb olub.
Teleqraf.com xəbər verir ki, hadisə Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşanın yaxınlığında yerləşən Beşbarmaq dağlarında qeydə alınıb.
Hərbçilər və dövlət rəsmiləri qısa müddətə hadisə yerinə baş çəkiblər. İlkin araşdırma zamanı yerə düşən obyektin raket və ya dron olduğu qənaətinə gəlinib.
Partlayış və yerə düşən parçalar hər hansı bir itkiyə səbəb olmayıb. Yerə düşən parçaların üzərində rusca yazılar olduğu müəyyən edilib.
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı hadisə yerinə gələrək hərbçilərdən informasiya alıb: “İndi qəti söz demək mümkün deyil. Ancaq bu, raket də, başqa bir şey də ola bilər. Bizim hərbçilərə aid olmayan bir şeydir”.
Xatırladaq ki, ötən gecə İsrail Suriyaya hücum edib və bu hücuma Suriya raketləri qarşılıq verib.