Türkiyənin Gümüşxane vilayətində 120 nəfər sudan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf.com-un məlumatına görə, vilayətin bəzi kənd sakinləri zəiflik, sancı, ürəkbulanma, qusma, diareya, baş ağrısı və tərləmə şikayəti ilə xəstəxanaya müraciət ediblər.
3 gün müddətində xəstəxanaya müraciət edən 120 nəfər ambulator müalicəyə buraxılıb.
Vilayətin səhiyyə işçiləri tərəfindən aparılan ilkin araşdırmalara görə, suda bağırsaq basili və koliform bakteriyaları aşkar edilmişdir.