9 İyul 2019 09:09
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunun Muğan qəsəbəsində "KamAZ" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "KamAZ" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Tağıyev Fikrət Əvəz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com