11 İyul 2019 14:36
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini E.Talıbovu bıçaqla hədələyib, ondan 340 manat dəyərində gümüş qolbağını alıb.

Zərərçəkmiş baş verən hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini O.Cəfərli saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov