Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 11-də saat 23 radələrində Masallı rayonunun Qızılavar kəndi ərazisində Bədəlan kənd sakini N.Cavadov idarə etdiyi “İsuzu” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sərnişinlərdən Cavid Əhmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Masallı rayon polis şöbəsində araşdırma aparılır.