14 İyul 2019 14:05
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə Xan Sarayının qarşısında yerləşən Xan Çinarın budaqları qırılıb və ərazidə olan turistlərin üzərinə düşüb.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Axar.az-a bildirib ki, baş vermiş hadisə ilə bağlı hazırda araşdırma aparılır:

“Turizm agentliyinin sədri və bir qrup əməkdaşı Şəkiyə yollanıblar. Hadisə nəticəsində təxminən 18 nəfərin yaralandığı barədə məlumat var. Say dəqiqləşdirilir. Ölənlər barədə isə heç bir dəqiq informasiyamız yoxdur. İctimaiyyətə geniş açıqlama veriləcək”.

Səhiyyə Nazirliyinin məlumatına görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib: "Onlardan ikisi xəstəxanaya yerləşdirilib. 17 nəfərdən bəzilərinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir. Paytaxtdan yüksək ixtisaslı mütəxəsislər Şəkiyə çağırılıb".

Sosial şəbəkələrdə görüntüləri paylaşanlar hadisə nəticəsində hətta ölənlərin olduğunu iddia edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər