15 İyul 2019 12:02
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda daha bir ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Sabunçu rayonu ərazisində - Zabrat və Məhəmmədli qəsəbələrini birləşdirən yolda Elçin İsrafilzadə idarə etdiyi "KİA Sportage" markalı minik avtomobili ilə piyadanı vurub. Ağır xəsarət alan yaşlı kişi vəfat edib.

İlkin araşdırmalar zamanı ölən şəxsin paytaxt sakini Ramiz Şərbətov olması müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com