19 İyul 2019 14:36
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Kürdəmir rayon sakini Q.Ağamalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Tovuz rayon sakini Q.Süleymanova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə Q.Ağamalıyevin sərnişini, həmyerlisi Lətif Səfərov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov