Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Bakı şəhər sakini A.Rüstəmovun mobil telefonunu və içərisində 441 manat olan pul kisəsini əlindən alıb.
40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Q.Qurbanov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.