Xəzər dənizinin Astara rayonu ərazisində batan şəxsin meyiti sudan çıxarılıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 2003-cü il təvəllüdlü İsmayılov Sahib Rauf oğlunun axtarışları başa çatıb.
S.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.