Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Böyük Həmyə, Lənkəran və Şıx sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.