Ağdaş rayonunun Dəhnəxəlil kəndində su kanalında batan 1996-cı il təvəllüdlü Aprin Nurlan Təhməz oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, batan şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib.